“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 33-cü turunun “Arsenal”la oyunundakı səfər qələbəsini (2:0) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu qələbə mənim yox, komandam üçündür. İndi 63 xalımız var və ilk beşliyə düşməyə daha yaxınıq. Oyundan əvvəl tək düşüncəm bu idi. Qarşılaşma çətin keçdi, çünki “Arsenal” inanılmaz mövsüm keçirir. İşimizlə və özlərinə qarşı çox tələbkar olan oyunçuların məsuliyyəti ilə fəxr edirəm. Ancaq bunlar gələn şənbə günü mübarizə aparacağımız eyni üç xaldır. Davamlı olmasaq, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə məğlub ola bilərik. Bu bizim olmaq istədiyimiz səviyyədir”, deyə Emeri vurğulayıb.
Hazırda “Aston Villa” 33 oyundan 63 xalla Premyer Liqanın yarış cədvəlnin 4-cü pilləsində qərarlaşıb. “Arsenal” isə məğlibiyyəti nəticəsində Premyer Liqanın lederliyini əldən verib. “Topçular” 32 oyundan 71 xalla 2-ci pillədədirlər. Premyer Liqaya 73 xalla “Mançester Siti” başçılıq edir.


