Emeri “Brügge”yə məğlubiyyət haqda: “Nəticə ədalətlidir”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının “Brügge” ilə 4-cü tur oyununda səfər məğlubiyyətinə (0:1) aydınlıq gətirib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssin bu barədə fikrini təqdim edir:

“Birinci hissədə çox yaxşı oynadıq. İkinci yarıda isə buraxdığımız səhv açar məqam oldu. Qoldan sonra “Brügge” çox yaxşı müdafiə olundu. Hesab edirəm ki, oyunun nəticəsi ədalətlidir. “Brügge” çox yaxşı oynadı”, deyə Emeri vurğulayıb.

Xatırladaq bu, “Aston Villa”nın Çempionlar Liqasının cari mövsümündə ilk məğlubiyyəti olaraq əlamətdar olub.

4 turdan sonra “Aston Villa” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 9 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: