Emeri “Mançester Siti”yə böyükhesablı məğlubiyyəti şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Premyer Liqanın 31-ci turunda “Mançester Siti”yə böyükhesablı səfər məğlubiyyətini (1:4) şərh edib.

Arena.az “Aston Villa”nın rəsmi saytına istinadən ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim eidr:

“Mən azacıq məyusam, amma onlar üçüncü qolu vurana qədər, 60-cı dəqiqəyə qədər mübarizə aparmağa çalışdıq. Bəzi futbolçuları dəyişməyi planlaşdırırdıq, amma onlar üçüncü qolu vurandan sonra bu, çətinləşdi. Onlar bizdən daha çox təpki və oyuna nəzarət etdilər.

Nəticəni qəbul etməliyik. Robin Olsen, Tim Ayriqbunam, Con Duran, Nikolo Zaniolo və Morqan Rocers kimi bəzi oyunçulara oynamaq imkanı verməliydik. Mən şadam ki, onların özünə inam qazanmaq və daha da güclənmək imkanı olub. İrəlidə bizim qarşıdakı oyunlar üçün çoxlu futbolçuya ehtiyacımız olacaq”, deyə Emeri bildirib.

31 oyundan 59 xal toplamış “Aston Villa” Premyer Liqanın yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. “Mançester Siti” isə 30 oyundan 67 xalla 3-cü pillədədir. “Arsenal” 30 oyundan 68 xalla Premyer Liqanın nominal lideridir. Premyer Liqanın potensial lideri isə 29 oyundan 67 xal toplamış “Liverpul”dur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: