“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 18-ci turunda “Nyukasl”a 0:3 hesablı səfər məğlubiyyətini şərh edib.
Arena.az “Aston Villa”nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz ilk 30 dəqiqəyə bir qol buraxmaqla başladıq. Bu qolu buraxmaqla, biz səhvə yol verdik. Və əlbəttə, hesabda geridə olanda burada oynamaq çətindir, amma biz buna çox yaxşı cavab verdik. İlk 30 dəqiqədə özümüzü az-çox rahat hiss etdik və oyun planımızı davam etdirmək, nəyəsə nail olmağa çalışmaq üçün isə özümüzü inamlı hiss etdik.
Qırmızı vərəqədən sonra əlbəttə, daha çətin oldu. Bəlkə də bu, ədalətsiz qərardır. Ola bilsin ki, bu, qırmızı vərəqədir, bəlkə də yox, amma VAR-dan istifadə edib qərar verməklə tələsməmək imkanımız var. Bu məqama vaxt ayıra bilən yeganə şəxs hakim idi və o, qırmızı vərəqə ilə qərar verdi”, deyə Emeti təəssüflə bildirib.
Xatırladaq ki, “şirlər” kolumbiyalı hücumçu Con Duran 32-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra, on nəfərlə mübarizə apararaq məğlub olublar.
18 oyundan 29 xalla “Nyukasl” İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci, “Aston Villa” isə 28 xalla 9-cu pillədədir. Premyer Liqaya 17 oyundan 42 xalla “Liverpul” başçılıq edir.


