Emeri “Tottenhem”ə məğlubiyyət haqda: “Üzülməyə vaxt yoxdur”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Premyer Liqanın 10-cu turunda “Tottenhem”ə böyükhesablı səfər məğlubiyyətini (1:4) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz əvvəllər burada qalib gəlmişdik. Bunu yenidən necə edəcəyimizi də bilirdik, amma bizə qarşı böyük komanda dayanmışdı.

İkinci hissədə onlar çox erkən qol vurdular ki, bu da işimizi çətinləşdirdi. Buraxdığımız ikinci qoldan sonra isə oyuna yenidən qayıda bilmədik. Düzünü desəm, bu, komandamdan elə, gözlədiyim bir oyun idi.

Əlbəttə, məyus olduğumuzu gizlətməyəcəyəm, amma bunu qəbul etməliyik, çempionat uzundur, üzülməyə isə vaxt yoxdur”, deyə Unai Emeri vurğulayıb.

10 turdan sonra “Aston Villa” 18 xalla Premyer Liqasının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Tottenhem” isə 16 xalla 7-ci sıradadır. Premyer Liqaya 25 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: