55 yaşlı niderlandlı məşhur mütəxəssis Erik ten Haq Leverkuzen “Bayer”inin sükanı arxasına keçidini əsaslandırıb.
Arena.az Almaniya klubunun rəsmi saytına istinadən, Ten Haqın müvafiq açıqlamasını təqdim edir:
“Bayer” – Almaniyanın ən yaxşı klublarından biridir və Avropanın ən yaxşılarının geniş sırasına daxildir. Klub əla şərtlər təqdim edir, rəhbərliklə danışıqlar isə məni həqiqət heyrətə gətirdi. Mən Leverkuzenə gəldim ki, son illərdə artmış iddialarını təsdiqləyim.
Tapşırığım – keçid dövründə nəsə yeni bir xüsusu ərsəyə gətirmək və iddialı komanad təsis etməkdir”, deyə Ten Haq vurğulayıb.
Xatırladaq ki, Erik ten Haq “əczaçılar”la müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Niderlandı mütəxəssis “Bayer”in baş məşqçisi vəzifəsində, “Real”ın sükanı arxasına yollanmış 43 yaşlı ispan mütəxəssis Xabi Alonsonu əvəzləyib.
Əlavə edək ki, Ten Haq 2024-cü ilin oktyabr ayında “Mançester Yuanyted”dən qovulduqdan sonra işsiz idi.


