Erik ten Haq “Nyukasl”a biabırçı məğlubiyyətinə aydınlıq gətirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Liqa Kubokunun 1/8 finalında “Nyukasl”a məğlubiyyəti şərh edib.

Arena.az xəbər verir ki, holland mütəxəssis 0:3 hesabıyla uduzduqları və mübarizəni dayandırdıqları oyundan sonra bunları söyləyib:

“Biz bunun kifayət qədər yaxşı olmadığını bilirik. Bunun məsuliyyətini üzərimizə götürməliyik. Mən bunun məsuliyyətini öz üzərimə götürməli və azarkeşlərdən üzr istəməliyəm, çünki bu, bizim ölçülərdən aşağı idi. Biz bunu təshih məcburiyyətindəyik. Biz bundan xilas olmalıyıq və bunu tez bir zamanda etməliyik. Növbəti oyun Şənbə günüdür və biz ölçülərimizi yüksəltməliyik. Oyunçular tab gətirəcəklər. Onlar birlikdədirlər. Gördünüz nə qədər çalışdılar, amma biz bilirik ki, bu azdır, mən buna cavabdehəm. Özünəinam qazanmaq üçün ilk növbədə oynamaq lazımdır və düzgün nəticə əldə etdikdən sonra güvən gəlir. Bu, yalnız qaydalara, prinsiplərə əməl edəndə, döyüşlərdə qalib gəldikdə və döyüşə girəndə mümkündür”, deyə Ten Haq bildirib.

Vurğulayaq ki, “Mançester Yunayted” mübarizə apardığı bütün cəbhələrdə mövsümöncəsi gözləntilərin əksinə olaraq, uğursuzluğa düçür olub. İngiltərə nəhəngi Premyer Liqada 10 turdan sonra 15 xalla 8-ci pillədədir. “Qırmızı şeytanlar” UEFA Çempionlar Liqasında 3 turdan sonra 3 xalla qrupda 3-cü yerdə yerdə qərarlaşıblar. İngiltərə Kuboku uğrunda mübarizə isə hələ qarşıdadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: