Erlinq Haland onunla şəkil çəkdirmək istəyən yeniyetmə azarkeşin futbol köynəyində “Mançester Yunayted” emblemini əli ilə örtüb.
Arena.az bu barədə “Goal”a istinadən xəbər verir.
“Mançester Siti”nin hücumçusu yetirməsi olduğu Norveçin “Bryune” klubunun akadamiyasında qonaq olub. Ziyarət zamanı “Mançester Yunayted” köynəyi geyinmiş bir oğlan Halanda yaxınlaşaraq onunla birlikdə şəkil çəkdirmək istəyində olduğunu bildirib.
Çəkiliş zamanı Haland ovucu ilə azarkeşin köynəyinin üzərindəki “Mançester Yunayted” emblemini örtərək yenidən çəkiliş etməsini istəyib.
“Özünə yeni köynək al!”, deyə Haland zarafatından qalmayıb.
Xatırdadaq ki, Mançesteri təmsil edən “Yunayted” və “Siti” futbol meydanında əzəli rəqiblərdir.
Ötən mövsümün əvvəlindən “şəhərlilər”in formasını geyinən Erlinq Haland bu komandanın heyətində meydana çıxdığı 53 oyunda 52 qol vurub, 9 assist edib. O, İngiltərə nəhəngi ilə Premyer Liqanın, Federasiya Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.


