Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 26-cl turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Dörd günü əhatə edəcək tura mayın 16-da start veriləcək. İlk oyun günündə bir görüş baş tutacaq. Ayın 17-də iki, 18-də və 19-da isə bir qarşılaşmanın təşkili nəzərdə tutulub.
Maraqlıdır ki, turun beş oyunundan üçü eyni məkanda – Binə qəsəbə stadionunda keçiriləcək.
Əvəzedicilər Liqası
26-cı tur
16 may
“Sabah-2” – “Neftçi-2”
“Bayıl Arena”, 16:00.
17 may
“Şamaxı-2” – “Qəbələ-2”
Şamaxı şəhər stadionu, 14:00.
“Zirə-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu, 17:00.
18 may
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 17:00.
20 may
“Qarabağ-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 17:00


