Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 12-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Turan Tovuz”la “Qarabağ”ın ikinci komandalarının oyununda Ağdam təmsilçisi darmadağına sevinib. “Şamaxı” ilə “Zirə”nin əvəzedicilərinin görüşündə də qonaqlar qələbə qazanıblar.
12-ci turun qalan görüşləri noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.
Əvəzedicilər Liqası
12-ci tur
29 noyabr
“Turan Tovuz-2” – “Qarabağ-2” 0:4
Qollar: Məsud Əlişanlı, 12. Nicat Xasıyev, 46. Əli İbrahim, 73. Uğur Səfərov, 76.
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Rasim Musayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.
“Şamaxı-2” – “Zirə-2” 2:3
Qollar: Nihat Mehralıyev, 62. Davud Mənsumov, 90 – Rauf Qafarov, 14. Ramiz Muradov, 33. Murad Ələkbərov, 72.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Orxan İbişov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 14:00.
30 noyabr
“Sabah-2” – “Neftçi-2”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Bayıl Arena”, 14:00.
1 dekabr
“Araz-Naxçıvan-2” – “Kəpəz-2”
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Sənan Atayev, Niyaz Əhədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.
“Sumqayıt-2” – “Qəbələ-2”
Hakimlər: Alik Yunusov, Rasim Axundov, Nurlan Əhmədzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena” (ehtiyat meydança), 15:00.


