İngiltərənin “Liverpul” klubu braziliyalı futbolçusu Fabinyo ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu yaya kimi idi.
Qeyd edək ki, Fabinyo 2018-ci ildə “Monako”dan “Liverpul”a transfer olunub. O, İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 122 matçda 3 qol vurub.
Braziliya millisinin də üzvü olan futbolçu “Monako”dan öncə Madrid “Real”ında da çıxış edib.


