Federasiya Kubokunda ilk finalçı “Liverpul” oldu

Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk yarımfinal görüşü “Liverpul” və “Mançester Siti” komandaları arasında keçirilib.

“Uembli” stadionunda baş tutan qarşılaşma Mersisayd təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə “Liverpul” ilk finalçı olub.

Digər yarımfinal oyunu aprelin 17-də “Çelsi” və “Kristal Pelas” arasında baş tutacaq.

Federasiya Kubokunda final qarşılaşması mayın 14-də keçiriləcək.

İngiltərə kuboku
Yarımfinal

16 aprel

Mançester Siti – Liverpul 2:3
Qollar: Qriliş, 47. B.Silva, 90+1 – Konate, 9. Mane, 17; 45.

17 aprel

19:30. Çelsi – Kristal Pelas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: