İspaniya nəhəngi “Real”ın 24 yaşlı uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde İngiltərənin “Liverpul” klubuna keçə bilər.
Arena.az bu barədə “El Nacional”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Liverpul” Valverde üçün təklifini 70 milyon avrodan 90 milyon avroya yüksəldib. “Real”ın prezidenti Florentino Peresin bu təklifi qəbul etdiyi deyilir.
2022/2023 mövsümündə Federiko Valverde “Real”ın heyətində 56 oyun keçirib, 12 qol vurub, 7 məhsuldar ötürmə verib. O, komandası ilə İspaniya Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı Federiko Valverdeni 100 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, yaxınlarda “Liverpul” “Brayton”un yarımmüdafiəçisi, dünya çempionu Aleksis Mak Allisteri transfer etdiyini açıqlamışdı.


