Flik: “Selta” ilə oyunda mükəmməl deyildik, amma…”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 32-ci turunda “Selta”ya qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “blauqrana” 1:3 hesabı ilə uduzduğu oyunda geri-dönüş edərək, 90+8-ci dəqiqədə vurduğu qolla 4:3 hesablı qələbəyə sevinib.

Hansi Flik qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Biz qələbə çaldıq. Biz, özünün son 10 oyununda yaxşı nəticələrə imza atımış əla komandaya qarşı oynayırdıq. Onların çox dəqiq fikri var, məşqçiləri plana malikdir. Biz bilirdik ki, bizə asan olmayacaq.
Buraxdığımız ikinci qol səhvin nəticəsi idi, amma adətən biz yaxşı təpki göstəririk. Rəqiblərimizə bu qolları vurmaq asan başa gəldi. Ancaq biz heç vaxt təslim olmuruq, mənə məhz belə köklənmə gərəkdir. Mən, bizim geri-dönüşümüzə və oyunçularımın qarşılığına köklənmişəm.

Qələbə ilə qürür duyuram, bu qələbə çox vacibdir. Mənə məhz müvafiq zeyniyyət gərəkdir. Bu, fantastikadır. Ağır idi, amma biz mümkün hər şeyi etməyə cəhd etdik ki, buna qarşılıq verə bilək və bu, bizə müəyssər oldu.

Komandamın təslim olmadığını görmək mənə xoşdir. Noyabrda komandam özünü əzgin hiss edirdi, amma indi əhval-ruhiyyəsi nikbindir. Biz, burada olduğumuzu və mövsümün sonuna qədər mübarizə aparacağımızı göstərmək üçün buradayıq. Biz mükəmməl deyildik, amma çox yaxşı komandaya qarşı yaxşıca təpki göstərirdik” – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.

32 oyundan 73 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Selta” isə 43 xalla 8-ci pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: