Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Frank Riberi özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bundan sonrakı karyerasını İtaliyanın “Salernitana” klubunda davam etdirəcək.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Riberi yeni klubu ilə 1 illik müqavilə imzalayıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Frank Riberi 2019-cu ildən “Fiorentina”nın uğurları üçün çalışırdı. O, Florensiya təmsilçisindən bu yay ayrılmışdı və azad agent statusu daşıyırdı.
38 yaşlı futbolçu daha öncə “Bayern”, “Olimpik” (Marsel), “Qalatasaray”, “Mets”, “Brest”, “Olimpik” (Ales), “Bulon” kimi klublarda da forma geyinib.


