Fuad Bayramov da “Şamaxı” ilə müqaviləsini yenilədi

Şamaxı”nın gənc müdafiəçisi Fuad Bayramov əyalət klubu ilə müqaviləsini yeniləyib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər arasında 2.5 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Fuad Bayramov klubla yeni müqavilə imzalaması ilə bağlı “Şamaxı”nın mətbuat xidmətinə açıqlama verib. O, klubunda qalmasını belə şərh edib:

“İlk olaraq bizim kimi gənc futbolçulara belə şans yaratdıqlarına görə klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkür edirəm. Yeni müqavilə imzalamaq mənim üçün çox xoş oldu. Doğma diyarımın klubunu təmsil etmək mənə daha da ruh verir, inkişafımı artırır. “Şamaxı” üçün əlimdən gələni edəcəm ki, klub daim zirvələrdə olsun”.

Xatırladaq ki, “Şamaxı” daha öncə Rəhman Daşdəmirov və Rövşən Şahmuradovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Əyalət klubu hücumçu Emil Qasımovu da heyətinə cəlb edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: