Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Midlsbro” səfərdə “Port Veyl”lə qarşılaşıb və 3 cavabsız qol sayəsində mərhələ adlayıb.
Günün digər iki oyununda “Everton” “Fulhem”i, “Çelsi” isə “Nyukasl”ı qəbul edib. Hər iki matçın əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Bu üzdən sözügedən oyunların qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Fulhem” və “Çelsi” yarımfinala vəsiqə qazanıblar.
İngiltərə Liqa Kubokunda sonuncu yarımfinalçının adına sabah keçiriləcək “Liverpul” – “Vest Hem” matçında aydınlıq gələcək.
İngiltərə Liqa Kuboku
1/4 final
19 dekabr
Everton – Fulhem 1:1 (penaltilər 6:7)
Port Veyl – Midlsbro 0:3
Çelsi – Nyukasl 1:1 (penaltilər 4:2)
20 dekabr
00:00. Liverpul – Vest Hem


