Futzal üzrə Azərbaycan milli komandası bu ilin aprel ayında daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Belə ki, yığmamız Qazaxıstan milli komandası ilə üz-üzə gələcək. Görüşlər səfərdə keçiriləcək. Hər iki qarşılaşma aprelin 13-də və 15-də Aktau şəhərində təşkil ediləcək.
Xatırladaq ki, daha öncə millimizin Gürcüstan yığması ilə də yoxlama oyunları keçirəcəyi açıqlanmışdı. Bu komanda ilə görüşlər də aprelin 9-da və 11-də isə Tiflis şəhərində keçiriləcək.


