Hacıağa Hacılı növbəti mövsüm də “Zirə”nin şərəfini qoruyacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 22 yaşlı yarımmüdafiəçinin daha 1 il müddətinə “Qarabağ”dan icarəyə götürüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, Hacıağa Hacılı ötən mövsüm də icarə əsasında “Zirə”nin formasını geyinib.
Xatırladaq ki, “Zirə” Hacıağadan öncə Davit Volkovla da yeni müqavilə imzalamışdı. Sözügedən klub Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç, Klesio Bauk, Elvin Camalov, Mateus Albino və Rodriqo Bonqonqui ilə yollarını ayırıb. Əvəzində “Sabah”dan Təmkin Xəlilzadə, “Sumqayıt”dan isə Mehdi Cənnətov transfer olunub.


