“Tottenhem”in hücumçusu Harri Keyn karyerasını “Mançester Yunayted”dənsə, Madrid “Real”ında davam etdirməyi üstün tutur.
Arena.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl “Tottenhem” rəhbərliyinin 29 yaşlı futbolçunu yay transfer pəncərəsində satmaq fikrində olmadığı, lakin hücumçunun müqavilə müddəti 2024-cü ildə başa çatdıqdan sonra onu sərəbst buraxmağa hazır olduğu bildirilmişdi.
Keyn “Tottenhem”in yetirməsidir. Harri cari mövsümdə 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” internet-portalı Keyni 90 milyon avro məbləğində dəyərləndirir. Buna rəğmən, bir müddət əvvəl yayılmış məlumatda “Tottenhem”in öz hücumçusunu 100 milyon avroya qeyri-ingilis komandalarına, 150 milyon avroya isə İngiltərə Premyer Liqasında çıxış edən klublara satmağa razı olduğu deyilirdi.
Vurğulayaq ki, İngiltərə yığmasının hücumçusunu həm də “Mançester Yunayted” və “Bayern” öz heyətində görmək istəyir.