Harvi Elliot “Liverpul” ilə yeni müqavilə imzaladı

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Harvi Elliot ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Harvi Elliot 2019-cu ildə “Fulhem”dən “Liverpul”a transfer olunub. O, bu klubun əsas komandasının heyətində cəmi 9 oyuna çıxıb. “Liverpul” gənc vingeri ötən mövsüm “Blekbern”ə icarəyə vermişdi. O, bu komandanın da heyətində 42 matç keçirib, 7 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: