Honda tibbi baxışdan keçdi – VİDEO

“Neftçi”nin yeni transferi Keysuke Honda bu gün tibbi baxışdan keçib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün saat 17:00-da “Bakcell Arena”nın mətbuat konfransı zalında “Neftçi” ilə Honda arasında rəsmi müqavilənin imzalanma mərasimi keçiriləcək.

İmzalanma mərasimindən sonra “Zoom” proqramı vasitəsilə yaponiyalı futbolçunun mətbuat konfransı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: