İngiltərənin “Tottenhem” klubu qapıçısı Huqo Lyoris ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransalı qolkiperlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. 35 yaşlı futbolçu ilə əvvəlki müqavilənin müddəti bu yay başa çatacaqdı.
Huqo Lyoris 2012-ci ilin yayından “Tottenhem”də çıxış edir. Fransa yığmasında 36 oyun keçirmiş futbolçu, daha öncə ölkəsində “Nitsa” və “Olimpik” (Lion) klublarının da formasını geyinib. Təcrübəli qolkiper London təmsilçisində bütövlükdə 395 matça çıxıb.


