İmad Faraj Tunis klubuna satıldı – “Neftçi”nin “qazanc”ı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin cinah hücumçusu İmad Faraj Tunisin “Esperans” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” “Esperans”ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, təklifi müsbət qiymətləndiriblər. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və razılıq əldə olunub.

Xatırladaq ki, İmad Faraj 2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan 700 min avro müqabilində “Neftçi”yə transfer olunmuşdu. Azərbaycan klubu isə onu “Esperans”a 690 min avroya satıb.

Faraj bir mövsüm ərzində “Neftçi”nin heyətində 34 rəsmi oyunda meydana çıxıb. O, bu görüşlərdə 7 qol və 6 məhsuldar ötürmə ilə hadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: