Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, hazırda bu turnirin əsas favoritlərindən hesab olunan Mançester təmsilçilərinin də növbəti rəqibləri müəyyənləşib.
Belə ki, “Mançester Yunayted” yarımfinala vəsiqə uğrunda “Çarlton”la mübarizə aparacaqsa, “Mançester Siti”ni “Sauthempton”la oyun gözləyir.
“Nottingem Forest” “Vulverhempton”a, “Nyukasl” isə “Lester Siti”yə rəqib olub.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları yanvarın 10-da keçiriləcək.
İngiltərə liqa kuboku
1/4 final
10 yanvar
Mançester Yunayted – Çarlton
Sauthempton – Mançester Siti
Nottingem Forest – Vulverhempton
Nyukasl – Lester Siti


