Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Lester Siti” “Dons”u 3 cavabsız qolla məğlub edərək, növbəti mərhələyə yüksəlib. “Nyukasl” “Bornmut”u tək qolla üstələyib. “Sauthempton” da “Linkoln”la oyunda sürprizə imkan verməyib. “Vulverhempton” isə “Gillingem” üzərində inamlı qələbəyə sevinib.
İngiltərə Liqa Kubokunda 1/4 finala yüksələcək digər komandaların adına dekabrın 21-də aydınlıq gələcək.
İngiltərə Liqa Kuboku
1/8 final
20 dekabr
Dons – Lester Siti 0:3
Nyukasl – Bornmut 1:0
Sauthempton – Linkoln 2:1
Vulverhempton – Gillingem 2:0
21 dekabr
23:45. Blekbern – Nottingem Forest
23:45. Çarlton – Brayton
00:00. Mançester Yunayted – Bernli
00:00. Mançester Siti – Liverpul


