İtaliyanın “İnter” klubu müdafiəçisi Federiko Dimarko ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı sol cinah müdafiəçisinin sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.
Federiko Dimarko “İnter”in öz yetirməsidir. Lakin o, müxtəlif illərdə “Askoli”, “Empoli”, “Sion”, “Parma” və “Verona” kimi komandalarda icarədə də oynayıb. Cari mövsüm Milan təmsilçisinin heyətində 24 oyun keçirən İtaliya millisinin üzvü 2 qola imza atıb.


