“İnter” uduzdu, “Milan” əzmkar qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Tura “Spetsiya” – “Salernitana” matçıyla start verilib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Son çempion “İnter” bu turdə səfərdə “Latsio”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan”ın rəqibi isə “Verona” olub. Meydan sahibləri bu görüşdən əzmkar qələbə ilə ayrılıblar.

İtaliya A Seriyası
8-ci tur
16 oktyabr

Spetsiya – Salernitana 2:1
Qol: Ştreleç, 51. Kovalenko, 76 – Simi, 39.

Latsio – İnter 3:1
Qol: İmmobile, 64-pen. Anderson, 81. Milinkoviç-Saviç, 90+1 – Perişiç, 12-pen.

Milan – Verona 3:2
Qol: Jiru, 59. Kessye, 76-pen. K.Günter, 78-öz qapısına – Kaprari, 7. Barak, 24.

17 oktyabr

14:30. Kalyari – Sampdoriya
17:00. Cenoa – Sassuolo
17:00. Udineze – Bolonya
17:00. Empoli – Atalanta
20:00. Napoli – Torino
22:45. Yuventus – Roma

18 oktyabr

22:45. Venetsiya – Fiorentina

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: