İtaliya futbolu böyük təhlükə qarşısında

İtaliya komandaları beynəlxalq yarışlardan kənarlaşdırıla, ölkənin özü isə AÇ-2032-ni təşkil etmək hüququndan məhrum edilə bilər.

Arena.az bu barədə “La Repubblica” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, UEFA və FIFA-nın müvafiq cəzası, İtaliyanın sağçı partiyasının üzvü Corco Mulenin futbolçulara birinci instansiya inzibati məhkəmələrinə idman məhkəmələri vasitəsilə deyil, birbaşa müraciət etmək imkanı verən İdman haqqında Fərmanın qəbul edilməsi təklifi ilə çıxış etməsi ilə bağlı ola bilər. Bundan əlavə, müvafiq sənəd İtaliya liqalarına yerli futbol federasiyasından tam müstəqillik verəcək. İtaliya A Seriyası İtaliya Futbol Federasiyasının (FIGC) ona birbaşa aidiyyəti olan qərarlarına münasibət bildirmək hüququna malik olacaq.

UEFA və FIFA hesab edirlər ki, belə bir fərmanın qəbulu ölkə hakimiyyətinin idmana müdaxiləsi demək olacaq. Bu qurumların artıq İtaliya Futbol Federasiyasına məktub übvanladığı və orada Mulenin futbol sistemi ilə bağlı təkliflərinin zərərli olduğunu qeyd etdiyi vurğulanır. UEFA və FIFA Mulenin düzəlişləri təsdiq edilərsə, həmçinin İtaliya Futbol Federasiyasının fəaliyyətini dayandırmağa qədər tədbirlər görməyə məcbur olacaqlarını da bildirdilər.

Hazırda müvafiq xüsusda hadisələrin inkişafı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: