Karrager “Mançester Siti”yə “ilişdi”

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager “Mançester Siti”yə “ilişib”.

Arena.az xəbər verir ki, o, “şəhərlilər”in İngiltərə futbolundakı rolundan danışarkən bunları qeyd edib:

“Mançester Siti” heç vaxt “Mançester Yunayted”dən vacib olmayacaq. “Liverpul” – “Mançester Siti” oyunu isə heç vaxt “Liverpul” – “Mançester Yunayted” oyunundan daha əhəmiyyətli olmayacaq. Tarixən elə gətirib ki, “Liverpul” və “Mançester Yunayted” – İngiltərənin iki nəhəng klubudur. Düşünmürəm ki, bu, nə vaxtsa dəyişə…”, deyə Karrager vurğulayıb.

Xatırladaq ki, “Liverpul” son İngiltərə çempionudur. Sözügedən komanda hazırda Premyer Liqanın yarış cədvəlində 18 xalla 8-cidir. Əvvəlki illərdə ardıcıl bir neçə çempionluq yaşamış “Mançester Siti” isə cari mövsümdə 22 xalla 2-ci sırada qərarlaşıb. “Mançester Yunayted” də 18 xalla 7-cidir. Premyer Liqanın yarış cədvəlinə 26 xalı olan “Arsenal” liderlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: