Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisi fransız futbolçu Ayron Qomisi transfer edib.
Fransanın “Amyen” klubundan azad agent kimi ayrılmış 23 yaşlı yarımmüdafiəçinin “Kasımpaşa” ilə neçə illik müqavilə bağladığı açıqlanmır.
Ayron Qomis “Amyen”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 99 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Qomis icarə əsasında “Dunkerk” klubunda da forma geyinib.
İstanbul təmsilçisi “Fənərbaxça”nın yetirməsi olan sol cinah müdafiəçisi Duhan Aksunu da heyətinə qatıb. 25 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır.
Duhan Aksu 2017/2018 mövsümünün əvvəlindən “Fənərbaxça”dan transfer olunduğu “İstanbulspor”da çıxış edirdi. O, 6 ildir formasını geyindiyi bu komandadan azad agent kimi ayrılıb. Müdafiəçi ötən mövsüm Super Liqada 28, Türkiyə kubokunda 2 oyuna çıxıb.


