Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun hücumçusu Olarenvaju Kayode növbəti mövsümü də Türkiyə “Sivasspor”unda keçirəcək. Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Sivas təmsilçisi nigeriyalı forvardı yenidən icarəyə götürüb. 28 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər “Sivasspor”da oynayacaq. Artıq klublar arasında razılıq əldə olunub və futbolçu Türkiyəyə gələrək yeni icarə müqaviləsinə imza atıb.
Kayode, ötən mövsüm “Sivasspor”un heyətində bütün turnirlər çərçivəsində 40 oyuna çıxıb, 11 qola imza atıb.
Nigeriya millisinə də dəvət alan futbolçu, 2018-ci ildən “Şaxtyor”da çıxış edir.


