Kilan Lebon Sent Martin milli komandasına dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu yığmanın heyətində oktyabrın 9-dan 17-nə qədər, noyabrın 13-dən 21-nə qədər keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Qeyd edək ki, Kilan Lebon bu ilin sentyabr ayında debüt etdiyi Sent Martin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.

Lebon bu ilin yanvar ayından formasını geyindiyi “Neftçi”də 32 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: