Kilian Mbappe ÇL-in qalibinin adını açıqladı

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının finalında keçiriləcək “Mançester Siti” – “İnter” oyunu ilə bağlı gözləntilərini paylaşıb.

Arena.az “Footmercato”ya istinadən Mbappenin fikirlərini diqqətinizə çatdırır:

“Çempionlar Liqasının finalı əla olacaq. Mən baxacağam, məncə, “Mançester Siti” qalib gələcək”.

“Mançester Siti” və “İnter” arasındakı final oyunu iyunun 10-da İstanbulun “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” “Real”ı məğlub edib (1:1, 4:0), “İnter” isə “Milan”la mübarizədən kənarlaşdırıb (2:0, 1:0).

Mbappeli PSJ isə turnirin 1/8 final mərhələsində “Bayern”ə uduzub (0:1, 0:2).

Kilian Mbappe UEFA Çempionlar Liqasının cari mövsümündə 8 oyuna çıxıb, 7 qol vurub.