Kilian Mbappe və Harri Keyn müstəsna nailiyyətə imza atdılar

ÇL-in 1/8 finalında cavab oyunları PSJ-nin fransalı hücumçusu Kilian Mbappe və “Bayern”in ingilis hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, hücumçular müvafiq ardıcıllıqla, əvvəlcə Mbappe, ardınca Keyn cari mövsümdə Avropanın böyük futbol beşliyi ölkələrinin oyunçuları arasında 40-dan artıq qolda birbaşa iştirak etmiş ən səmərəli futbolçular olublar.

Mbappe buna “Real Sosyedad”la cavab oyununda, səfərdə komandasının ikinci qolunu vurmaqla, daha tez nail olub. PSJ 2:1 hesabı ilə qalib gəlib (ümumu hesab: 4:1) və yarışın çərək final mərhələsinə adlayıb.

Ardınca “Latsio”ya qarşı ev oyununda (3:0) Keyn fərqlənib və komandasının növbəti mərhələyə keçməsində böyük pay sahibi olub. “Bayern” ilk oyunda 0:1 hesablı məğlubiyyətinin əvəzini artıqlaması ilə çıxaraq, yarışın 1/4 finalına vəsiqəsini təmin edib.

Cari mövsümdə Kilian Mbappe Fransa nəhənginin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 34 qol vurub, 7 məhsuldar ötürmə verib.

Keyn isə Almaniya nəhənginin heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib.

Göründüyü kimi, mərkəz hücumçularının hər birinin hesabında 41 səmərəli fəaliyyət var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: