Klopp: “Bu, böyük ölçüdə bəxtlə bağlıdır”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 34-cü turunda “Fulhem”lə səfər oyununda qazanılmış qələbəni (3:1) şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunun başlanğıcı və birinci hissədən bəzi məqamlar xoşuma gəldi, amma ikinci hissədə oyunumuz daha dolğun keçdi. Bunun məntiqi izahı yoxdur, amma səfərdə “Fulhem”lə oyunlar bizim üçün həmişə çətin olub. Daha əvvəl burada qalib olub-olmadığımızı xatırlamıram. Əgər belədirsə, əminəm ki, bu, böyük ölçüdə bəxtlə bağlıdır. Fikrimcə, “Fulhem”lə bu oyun bizim son səfər oyunlarımızın ən yaxşısıdır”, deyə Klopp vurğulayıb.

Xatırladaq ki, “Liverpul”, “Arsenal” və “Mançester Siti” cari mövsüm İngiltərə Premyer Liqasında çempionluq uğrunda qızğın mübarizə aparırlar.

Hazırda “Arsenal” və “Liverpul” 33 oyundan 74 xalla yarış cədvəlində müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. 32 oyundan 73 xal toplamış “Mançester Siti” 3-cü sırada nominal lider qismindədir. “Fulhem” isə 34 oyundan 42 xalla 12-ci sıradadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: