“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 17-ci turunda “Mançester Yunayted”ə qarşı oyunla bağlı fikirlərini paylaşıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Keçən dəfə biz “Mançester Yunayted”i 7:0 hesabı ilə məğlub etdik, amma o gün bunun qəribə, həyatda bir dəfə olan nəticə olduğunu bilirdik. Bu hal isə növbəti oyunda kiməsə kömək edəcəksə, o hesabla qalib gəlmiş komandaya yox, 0:7 hesabı ilə uduzmuş komandaya edəcək. Bütün bunları nəzərə almasaq, o zaman tarixi rəqibimizlə öz meydanımızda sadəcə olaraq futbol oyunu oynayacağıq. Təkcə bu, oyunu xüsusi etməlidir. İstəyirəm ki, komandam görüşün bütün məzmununu başa düşsün və ona hər şeyi versin”, deyə Yurgen Klopp bildirib.
Xatırladaq ki, “Liverpul” “Mançester Yunayted”i dekabrın 17-də qəbul edəcək. Hakim Maykl Oliverin idarə edəcəi oyun, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Hazırda “Liverpul” 37 xalla Premyer Liqanın lideridir. “Mançester Yunayted” isə 27 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


