“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp İngiltərə Hakimlər Təşkilatının açıqlamasını təəssüflə cavablayıb.
Arena.az bu barədə “Sky Sports”a istinadən məlumat verir.
Xatırladaq ki, İngiltərə Hakimlər Təşkilatı Premyer Liqanın 7-ci turu çərçivəsində “Tottenhem – “Liverpul” oyununda (2:1) “qırmızılar”ın hücumçusu Luis Diasın vurduğu qolun, hakimlər briqadası tərəfindən səhvən oyundankənar vəziyyət olaraq, ləğv edilməsi ilə bağlı açıqlama verib.
“Bu kimə kömək edəcək? İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə oyunda belə bir vəziyyət yaranmışdı. “Vulverhempton” buna görə xal qazandımı? Biz bunun üçün heç bir xal qazanmayacağıq. Bizim hamımız VAR-ın tətbiqinin vəziyyəti asanlaşdıracağını düşünürdük. Bizim oyunda qərar çox tez verildi. Bu, oyunun gedişatını dəyişdi”, deyə Klopp təəssüflə bildirib.
Hazırda “Liverpul” 16 xalla turnir cədvəlində 4-cü, “Tottenhem” isə 17 xalla 2-ci pillədədir. Premyer Liqaya 18 xalla “Mançester Siti” liderlik edir.


