“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın İngiltərə Kuboku 1/32 finalında “Arsenal” üzərində səfər qələbəsini (2:0) şərh edib.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən inanılmaz dərəcədə qürur duyuram. Bizim üçün çox çətin püşkatma idi. Bəlkə də əldə edə biləcəyimiz ən çətin rəqib idi. Bura gələndə nəzərə almalı olduğumuz çox şey vardı. “Arsenal” oyuna bir az fərqli heyətlə girdi və bu, ağıllı idi. Fasilədə oyunu bir az dəyişdik. İkinci hissədə həqiqətən oyundaydıq. Qol vurduq və gənc futbolçuları, “uşaqlar”ı meydana buraxdıq. 95 dəqiqə mübarizə apardıq. İndi isə qış tətilimizdir”, deyə Klopp bildirib.
Xatırladaq ki, “Liverpul” mövsümün birinci yarısında qarşısına qoyduğu bütün öhdəlikləri yerinə yetirməyi bacarıb. Yurgen Klopun yetirmələri 20 turdan sonra 45 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edirlər. “Qırmızılar” həmçinin Avropa Liqasının ələmə mərhələsinə vəsiqə qazanıblar və İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunda da mübarizəni davam etdirirlər.


