Klopp: “Liverpul”un kvadrupl qazanmasını istəmirlər”

“Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp “qırmızılar”ın cari mövsümdə çətin oyun təqvimindən danışıb.

Arena.az xatırladır ki, mersisaydlılar eyni vaxtda dörd turnirdə qalibiyyət uğrunda mübarizəni davam etdirirlər.

“İngiltərədə heç kim kvadrupl qalibini (bir mövsümdə dörd titul – redaktorun qeydi) görmək istəmir. Buna görə də İngiltərə Kubokunun növbəti mərhələsi Liqa Kubokunun gərgin finalından sonra üçüncü günə təyin edilib. Çərşənbə günü “Sauthempton”a qarşı kimi oyuna buraxacağım haqda təsəvvürüm belə, yoxdur. Odur ki, baxarıq”, – “Goal” dərgisi Klopun narazılığı haqda sitat gətirir.

Xatırladaq ki, bazar günü, fevralın 25-də 120 dəqiqə davam etmiş İngiltərə Liqa Kubokunun finalında “Liverpul” “Çelsi”yə qalib gəlib – 1:0. Çərşənbə günü, fevralın 28-də “qırmızılar” İngiltərə Kubokunun 1/8 finalında evdə “Sauthempton”la qarşılaşacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: