“Liverpulun”in baş məşqçisi Yurgen Klopp Premyer Liqanın “Mançester Yunayted” – “Arsenal” oyununda “qırmızı şeytanlar”a azarkeşlik edəcək.
Arena.az məlumat verir ki, alman mütəxəssis 37-ci tur çərçivəsində baş tutacaq bu oyun haqda ona ünvanlanmış sualı belə cavablayıb:
“Mançester Yunayted” – “Arsenal” oyununda “qırmızı şeytanlar”a azarkeşlik edəcəyəmmi? Yəqin ki, edəcəyəm. Əgər biz hələ də çempionluq uğrunda mübarizə aparsaq, “Mançester Yunayted”in qələbəsi əla olardı. Ancaq “Arsenal” yaxşı komandadır. “Mançester Yunayted” bizə qarşı oynadığı kimi oynasa, “Arsenal” qalib gələcək. Mən buna yüz faiz əminəm”, deyə Yurgen Klopp bildirib.
Xatırladaq ki, Premyer Liqanın 32-ci turu çərçivəsindən “Liverpul” səfərdə “Mançester Yunayet”lə 2:2 hesablı heç-heçə oynayıb. Bu nəticə “qırmızılar”a baha başa gəlib.
Uğursuz heç-heçə nəticəsində “Liverpul” liderliyini əldən verib. Hazırda “Liverpul” 31 oyundan 71 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Qırmızılar” lider “Arsenal”la eyni miqdarda xal toplasalar da, şəxsi nəticəyə görə “topçular”dan geri qalırlar. “Mançester Yunayted” isə 49 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Yarış cədvəlindən göründüyü kimi, indi “Liverpul” çempion olmaq üçün “Arsenal”ın büdrəməsinə ümid etməlidir.


