“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardiola haqda danışıb.
Arena.az “Goal” dərgisinə istinadən xəbər verir ki, Klopp uzun müddət bir klubda çalışmış mütəxəssislər haqda nə düşündüyünü açıqlayıb:
“Onlardan (uzun illər eyni klubda çalışmış məşqçilərdən – redaktorun qeydi) biri olacağımı heç düşünməzdim, bu sadəcə olaraq baş verdi. Mən cəmi üç klubda çalışmışam, hər birinin öz tarixi, öz başlanğıc nöqtəsi vardı. Hansısa səbəbdən mən buna nail ola bildim, bir yerdə uzun müddət işləmək üçün icazə ala bildim. “Pep”lə belə suallar yaranmır – o, mütəmadi olaraq qalib gəlir, nədən o, qovulmalıdır ki?”, deyə Klopp suala sualla bədii qarşılıq verib.
Klopp “Liverpul”u 2015-ci ildən çalışdırır. Alman mütəxəssisin rəhbərliyi altında “Liverpul” Avropa Liqası istisna olmaqla, bütün mümkün klub turnirlərində qalib olmağı bacarıb.
56 yaşlı mütəxəssisin “qırmızılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.


