“Konyaspor” Dadaşovu məyus etdi, ilkə imza atdı

Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümün 27-ci turunun “Hatayspor”la ev oyunu “Konyaspor” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Konya təmsilçisi doğma meydanda baş tutan bu oyundan 2:0 hesablı inamlı qələbə ilə ayrılıb.

Bu qələbə sayəsində konyalılar cari mövsümdə bir ilkə imza atıblar. Belə ki, Super Liqa təmsilçisi 2023/2024 mövsümündə ilk dəfə ardıcıl iki ev oyununda qələbə sevinci yaşayıb. Meydan sahiblərinə qalibiyyəti gətirən qolları 52-ci dəqiqədə Uğurcan Yazğılı və 56-dəqiqədə fərqlənən Oğulcan Ülgün vurublar.

Xatırladaq ki, Konya təmsilçisi fevralın 11-də Super Liqanın 25-ci turu çərçivəsində qəbul etdiyi “Ankaragücü” ilə oyunda da 1:0 hesablı qələbəyə sevinmişdi.

“Konyaspor” 27 oyundan sonra topladığı 28 xalla 18-ci pillədə qərarlaşıb və Super Liqanı tərk etməyə əsas namizəddir. Konyalıların bu turda məğlub yola saldığı və ardıcıl üç turdur xalsız qalan “Hatayspor” isə 27 oyunda 29 xal toplayıb və 14-cü pillədə qərarlaşıb. Bu komandanın heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da forma geyinir.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: