Kostakurta “Milan”ın müdafiə xətti ilə bağlı qayğılıdır

“Milan”ın italyan keçmiş mərkəz müdafiəçisi Alessandro Kostakurta “rossoneri”nin müdafiə xətti ilə bağlı fikrini bildirib.

Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:

“Milan”ın sabitliyi yoxdur, ona görə də bütün 90 dəqiqə ərzində diqqət yoxdur. Bu, bəzi müəyyən oyunçuların çatışmazlıqlarından qaynaqlanır ki, komandaya da təsirsiz ötüşmür. Müdafiə ilə nəsə etmək gərəkdir”, deyə Kostakurta vurğulayıb.

Qeyd edək ki, cari mövsümdə “Milan”ın müdafiə xəttində Teo Hernandes, Malik Tiav, Matteo Qabbiya, Emerson Royal, Allexandro Ximenes, Strahinya Pavloviç, Fikayo Tomori, Kayl Uoker və Davide Bartesaqi kimi futbolçular şans qazanıblar.

“Milan” İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 31 oyunda 48 xal toplayıb və hazırda 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 31 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə və 9 məğlubiyyət görüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: