Kyezanın atası oğlunun “Liverpul”dakı çıxışından danışdı

“Liverpul”un 27 yaşlı italyan hücumçusu Federiko Kyezanın atası oğlunun İngiltərə klubundakı durumundan söhbət açıb.

Arena.az ata Kyezanın açıqlamasını təqdim edir:

“Federiko “Liverpul”da işinin öhdəsindən çox yaxşı gəlir. O, liqada birinci yerdə qərarlaşmış yüksək səviyyəli klubda oynayır. Biz ümidvarıq ki, onlar İngiltərə Premyer Liqasını qazanacaqlar”, deyə ata Kyeza vurğulayıb.

Xatırladaq ki, Kyeza “Liverpul”a 2024-cü il avqustun 28-də “Yuventus”dan tamhüquqlu keçid əsasında qoşulub. Transfer məbləği ilkin ödəniş və əlavə müavinətlərlə birlikdə 13 milyon avro məbləğ təşkil edib. Müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş 4 illik müqaviləyə əsasən, hücumçunun “Liverpul”dakı maaşı ildə 5 milyon avrodur.

Federiko Kyeza “Fiorentina”nın yetirməsidir. “Yuventus” italyan cinah hücumçusunu əvvəlcə icarəyə alıb, sonra bir müddət elə, “bənövşələr”in heyətində icarədə oynadıb, 2022-ci ilin iyulunda isə 44,6 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.

Cari mövsümdə Kyeza “Liverpul”un heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Federiko Kyeza 2018-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 51 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Federiko Kyezanın qənimətlər muzeyində “Yuventus”la qazandığı 2 İtaliya Kuboku (2020/2021 və 2023/2024) və İtaliya Super Kuboku (2020/2021) var. “Skuadra adzurra” ilə isə Kyeza 2020-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı italyan hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: