Liqa 1: Lion “Olimpik”i yenə məğlub oldu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 7-ci turunun sonuncu oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.

“Nitsa” – “Brest” matçında qapılara qol vurulmayıb. “Reyms” doğma meydanda Lion “Olimpik”ini 2 cavabsız qolla məğlub edib. “Tuluza” “Mets”i, “Renn” isə “Nant”ı məğlub yola salıb.

“Loryan” evdə “Monpelye”yə, “Havr” da “Lill”ə uduzub.

Beləliklə, 7 turdan sonra zirvədə qərarlaşmış “Monako” və “Brest”in 14 xalı var. “Reyms” və “Nitsa” 13, son çempion PSJ isə 13, “Renn” və “Lill” 11 xal toplayıblar. “Strasburq”un 10, “Monpelye”, “Havr”, “Tuluza” və “Olimpik”in (Marsel) 9, “Nant” və “Mets”in 8, “Lans”ın 7, “Loryan”ın 6 xalı var. Son iki pillədə qərarlaşmış “Klermon”la Lion “Olimpik”i isə cəmi 2 xal əldə ediblər.

Fransa, Liqa 1
7-ci tur
29 sentyabr

Strasburq – Lans 0:1
Qol: Vahi, 16.

30 sentyabr

Klermon – PSJ 0:0

Monako – Olimpik (Marsel) 3:2
Qollar: Akliuş, 8; 52. Baloqun, 23 – Ndiaye, 1. Jiqo, 18.

1 oktyabr

Reyms – Olimpik (Lion) 2:0
Qollar: Munetsi, 45+1. Abdelhamed, 71.

Havr – Lill 0:2
Qollar: Jeqrova, 40. Salmye, 52-öz qapısına.

Nitsa – Brest 0:0

Tuluza – Mets 3:0
Qollar: Şmidt, 31. Dallinqa, 43. Maqri, 82.

Loryan – Monpelye 0:3
Qollar: Adams, 30; 89. Savanye, 73-pen.

Renn – Nant 3:1
Qollar: Buriqe, 6. Due, 73. Kalimuendo, 90+6 – Çirivella, 45.

Xəbəri sosial şəbəkələrdə paylaş: