Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Nyukasl” doğma meydanda “Sauthempton”la qarşılaşıb. Premyer Liqa təmsilçilərinin görüşündə “Nyukasl” sevinən tərəf olub. Nəticədə bu komanda ilk finalçıya çevrilib.
İngiltərə Liqa Kubokunda ikinci finalçı sabah keçiriləcək “Mançester Yunayted” – “Nottingem Forest” matçında müəyyənləşəcək.
İngiltərə Liqa Kuboku
Yarımfinal
31 yanvar
Nyukasl – Sauthempton 2:1
Qol: Lonqstaff, 5; 21 – Adams, 29.
1 fevral
00:00. Mançester Yunayted – Nottingem Forest


