Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Ekseter Siti” – “Midlsbro” matçında sonuncular növbəti mərhələyə vəsiqə qazanıblar.
“Mensfild Taun” – “Port Veyl” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.
Bu mərhələnin qalan oyunları sabah keçiriləcək. İddialılardan “Mançester Yunayted” “Nyukasl”la, “Arsenal” “Vest Hem”lə, “Liverpul” “Bornmut”la, “Çelsi” isə “Bləkbörn”lə üz-üzə gələcək.
İngiltərə Liqa Kuboku
1/8 final
31 oktyabr
Ekseter Siti – Midlsbro 2:3
Mensfild Taun – Port Veyl 0:1
1 noyabr
23:30. Vest Hem – Arsenal
23:45. Bornmut – Liverpul
23:45. Çelsi – Bləkbörn
23:45. Everton – Börnli
23:45. İpsviç Taun – Fulhem
00:15. Mançester Yunayted – Nyukasl


