Liqa kubokunda ilk yarımfinalçılar bəlli oldu – İngiltərədə

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Mançester Yunayted” doğma meydanda “Çarlton”la qarşılaşıb. “Qırmızı şeytanlar” bu oyunda 3 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.

Günün digər matçı isə “Nyukasl”la “Lester Siti” arasında baş tutub. Bu oyunda da meydan sahibləri inamlı qələbə sayəsində yarımfinala çıxıblar.

Mərhələnin qalan iki oyunu sabah keçiriləcək. “Nottingem Forest” “Vulverhempton”u, “Sauthempton” isə “Mançester Siti”ni qəbul edəcək.

İngiltərə Liqa Kuboku
1/4 final
10 yanvar

Mançester Yunayted – Çarlton 3:0
Qol: Antoni, 21. Reşford, 90; 90+4

Nyukasl – Lester Siti 2:0
Qol: Bern, 60. Joelinton, 72.

11 yanvar

23:45. Nottingem Forest – Vulverhempton
00:00. Sauthempton – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: