Liqa Kubokunda sonuncu yarımfinalçı “Liverpul” oldu

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Liverpul” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Altı qolluq qarşılaşmada rəqibini darmadağın edən “qırmızılar” növbəti mərhələyə vəsiqə qazanıblar.

Xatırladaq ki, daha öncə “Midlsbro”, “Everton” və “Çelsi” də yarımfinala vəsiqə qazanmışdılar.

İngiltərə Liqa Kuboku
1/4 final
19 dekabr

Everton – Fulhem 1:1 (penaltilər 6:7)

Port Veyl – Midlsbro 0:3

Çelsi – Nyukasl 1:1 (penaltilər 4:2)

20 dekabr

Liverpul – Vest Hem 5:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: